EMTA-nın əməkdaşı ERRA-nın yeni yaradılan komitəsinə sədr müavini seçilib
  • Publikasiya tarixi2026-07-20 17:35:00
  • KateqoriyasıXəbərlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Enerji səmərəliliyi və investisiyalar şöbəsinin müdiri Mirməhəmmədəli Aslanov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) yeni yaradılan Enerji keçidi üzrə elektrik şəbəkələri komitəsinin sədr müavini seçilib. O, bu vəzifəni iki il müddətində icra edəcək.

Sözügedən komitənin fəaliyyət istiqamətlərinə iqtisadi tənzimləmə və tarif metodologiyaları, şəbəkə inkişafı üzrə planlaşdırma, investisiya təşviqləri, xidmət keyfiyyəti, etibarlılıq və dayanıqlılıq, rəqəmsallaşma və ağıllı şəbəkələr, eləcə də enerji sistemlərinə dair məsələlər daxildir.

Qeyd edək ki, EMTA 2018-ci ildən ERRA-nın assosiativ üzvüdür. Bu əməkdaşlıq enerji tənzimləmə sahəsində beynəlxalq təcrübə mübadiləsinə və bir çox ölkənin tənzimləyici qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verməkdədir.