EMTA-nın İdarə Heyətinin sədri Avropa Enerji Tənzimləyiciləri Şurasının ekspertlərini qəbul edib
  • Publikasiya tarixi2024-09-11 14:21:00
  • KateqoriyasıXəbərlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Avropa Enerji Tənzimləyiciləri Şurasının (Council of European Energy Regulators - CEER) ekspertləri Nadia Hortsmann, Mert Ots və Aleksandr Linovu qəbul edib.

Görüş zamanı EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov Azərbaycanın qaz təchizatı sahəsində aparılan islahatlar və bazar subyektləri haqqında məlumat verib. O, həmçinin CEER ekspertlərinə öz təcrübələrini EMTA-nın mütəxəssisləri ilə bölüşdükləri üçün təşəkkürünü bildirib.