EMTA-nın İdarə Heyətinin sədri İndoneziya Respublikası Nümayəndələr Palatasının XII Komissiyasının nümayəndə heyəti ilə görüşüb
  • Publikasiya tarixi2026-11-27 09:18:00
  • KateqoriyasıXəbərlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov İndoneziya Respublikası Nümayəndələr Palatasının Energetika komitəsinin sədr müavini Suqenq Suparvotonun rəhbərliyi ilə Nümayəndələr Palatasının XII Komissiyasının Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul edib.

Görüşdə İndoneziya Respublikasının Azərbaycandakı səfiri Berlian Helmi də iştirak edib.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və təcrübə mübadiləsi ilə bağlı gələcək imkanlar müzakirə olunub.