EMTA-nın nümayəndə heyəti Avstriyanın enerji tənzimləyici qurumunda olub
  • Publikasiya tarixi2024-09-27 11:09:00
  • KateqoriyasıXəbərlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın Vyana şəhərində bu ölkənin enerji tənzimləyici qurumu olan “E-Control”un ekspertləri ilə görüşüb.

Görüş zamanı avstriyalı ekspertlər rəqabətli liberal enerji bazarına keçid üzrə Avstriya təcrübəsi, enerji səmərəliliyi, “ağıllı” şəbəkələr, Avstriyada bərpa olunan enerji mənbələrinin inteqrasiyası, eləcə də enerji doldurma məntəqələri və bu sahədə tənzimləmə fəaliyyəti barədə təqdimatlarla çıxış ediblər.

Görüşdə, həmçinin qeyd olunan mövzular ətrafında müzakirə və geniş fikir mübadiləsi aparılıb.