Energetika Nazirliyinin iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
  • Publikasiya tarixi2026-10-19 16:30:00
  • KateqoriyasıXəbərlər

20 oktyabr Energetiklər Günü ilə əlaqədar Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin birgə iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya çərçivəsində 1 hektar ərazidə 625 ədəd şam və zeytun ağacı tingləri əkilib.

Aksiyada Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin rəhbər və kollektiv heyəti, həmçinin ekokönüllülər iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması istiqamətində birgə fəaliyyətin təşviq edilməsi, atmosferin çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadəyə diqqətin yönəldilməsidir.