Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) mütəxəssisləri arasında növbəti onlayn görüş keçirilib.
Görüş zamanı İşçi qrupun EMTA və EPDK-dan olan həmsədrləri Elmar Güləliyev və Mustafa Yavuzdemir enerji sektorunda kibertəhlükəsizliyin əhəmiyyətindən danışıblar.
Daha sonra EPDK-nın İnformasiya təhlükəsizliyinin idarə edilməsi qrupunun rəhbəri Nuray Dedeoğlu "Türkiyənin enerji sektorunda istifadə edilən sənaye idarəetmə sistemlərində kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində tənzimləmə" mövzusunda təqdimatla çıxış edib. O, Türkiyənin enerji sektorunun kibertəhlükəsizliyinin təmin olunmasında EPDK-nın öhdəlikləri, həyata keçirdiyi strategiyalar, fəaliyyət planları, həmçinin “Kibertəhlükəsizlik İnkişaf Modeli” üzrə tənzimləmə və gələcək layihələr ilə bağlı ətraflı məlumat verib.
Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.