Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
“EU4Energy” proqramının III mərhələsi çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) mütəxəssisləri ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, eləcə də digər Şərq Tərəfdaşlığı ölkələrinin enerji tənzimləyici qurumlarının nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
Görüşün əsas məqsədi tənzimləyici qurumların müstəqilliyinin qiymətləndirilməsi aləti ilə bağlı məsələlərin müzakirəsi, həmçinin sözügedən mərhələ çərçivəsində planlaşdırılan fəaliyyətlərə dair iştirakçıların məlumatlandırılması olub.
Görüş zamanı Avstriyanın elektrik enerjisi və təbii qaz bazarları üzrə tənzimləyici qurumu “E-Control”un mütəxəssisi Katarina Ledermann-Tappayner təqdimatla çıxış edərək müstəqilliyin qiymətləndirilməsi alətinin məqsədi və istifadə qaydaları barədə ətraflı məlumat verib.
Görüş qeyd olunan məsələlərin və növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin müzakirəsi ilə başa çatıb.