Baş ofis
Bakı şəhəri, Heydər Əliyev prospekti 152,
"Çinar Plaza" Biznes Mərkəzi, AZ1029
"Çinar Plaza" Biznes Mərkəzi, AZ1029
Bu gün Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) “EU4Energy” proqramının II mərhələsi – “Şərq tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” çərçivəsində növbəti görüş keçirilib. AERA və “EU4Energy” proqramının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə enerji sahəsində baş vermiş yeniliklər barədə məlumatlar bölüşülüb və sözügedən proqramın II mərhələsi üzrə həyata keçiriləcək tədbirlər müzakirə edilib.
Qeyd edək ki, “EU4Energy” proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Avropa Enerji Tənzimləyici Şurası (CEER), Beynəlxalq Enerji Agentliyi (IEA) və Enerji İcması Katibliyi (EnCS) tərəfindən birgə icra edilir.