EMTA İdarə Heyətinin sədri bosniyalı həmkarını qəbul edib
  • Publikasiya tarixi2019-08-02 02:00:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Bosniya və Herseqovinanın Dövlət Elektrik Enerjisini Tənzimləmə Komissiyasının (SERC) rəhbəri Suad Jelkoviçi qəbul edib. Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri, beynəlxalq enerji bazarındakı cari vəziyyət, xüsusilə elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması ilə bağlı məsələlər müzakirə edilib.

Elektrik enerjisininin tənzimləməsi sahəsində ölkəsinin təcrübəsindən söhbət açan qonaq Bosniya və Herseqovina tənzimləyicisinin Enerji Birliyi Tənzimləyicilərinin İdarə Heyəti (ECRB), Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA), Aralıq Dənizi Ölkələrinin Enerji Tənzimləyiciləri (MEDREG), Enerji Tənzimləyicilərinin Beynəlxalq Konfederasiyası (ICER) və Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) platformlarındakı fəaliyyətlərindən danışıb, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəlinib.  

Bosniya və Herseqovinanın Parlament Assambleyası tərəfindən 2002-ci ildə təsis edilmiş Dövlət Elektrik Enerjisini Tənzimləmə Komissiyası elektrik enerjisinin nəqli sahəsində səlahiyyətli qurumdur. Obyektivlik, şəffaflıq və bərabərlik prinsiplərinə əsaslanan SERC ölkənin sistem operatoru və elektrik tədarükçüsü olmaqla yanaşı, həm də Brçko dairəsi əhalisi üçün elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasını həyata keçirir.