Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Moldovanın Milli Enerji Tənzimləmə Agentliyinin (ANRE) direktoru Aleksey Taranı qəbul edib. Görüşdə İdarə Heyətinin sədri Samir Axundov AERA-nın fəaliyyəti, eləcə də Azərbaycanda enerji tənzimləmə sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı ikitərəfli əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər də müzakirə edilib.
ANRE
1997-ci ildən fəaliyyət göstərən Moldovanın Milli Enerji Tənzimləmə Agentliyi (ANRE) enerji sektoru (təbii qaz, elektrik enerjisi, istilik enerjisi, bərpa olunan enerji, neft məhsulları) və su təchizatı üzrə tənzimləmə və monitorinq həyata keçirən qurumdur.
AERA
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) elektrik, qaz və istilik təchizatı ilə bağlı məsələləri tənzimləyir və nəzarət edir. Prezidentin 22 dekabr 2017 -ci il tarixli 1750 nömrəli Fərmanı ilə yaradılan Agentlik, Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərir.