EMTA-nın baş ofisində İtaliyanın Ansaldo Energia şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
  • Publikasiya tarixi2020-12-11 13:47:00
  • KateqoriyasıPress-relizlər

Bu gün Azərbaycan Respublikasının Energetika nazirinin müavini Elnur Soltanov, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov və Energetika nazirinin müşaviri Cavid Abdullayev EMTA-nın baş ofisində İtaliyanın Ansaldo Energia şirkətinin Baş icraçı direktoru Cuzeppe Marino, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Avqusto Massarinin daxil olduğu nümayəndə heyəti ilə görüşüblər.

Görüş zamanı Ansaldo Energia şirkətinin ölkəmizlə, xüsusilə də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, enerji istehsalı sahəsində İtaliyanın və dünyanın aparıcı şirkətlərindən biri olan Ansaldo Energia, elektrik stansiyalarının inşası, elektroenergetika avadanlığının (qaz və buxar turbinləri, generatorlar və mikro turbinlər) istehsalı ilə yanaşı bu sahədə xidmətlər də təklif edir.