Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Energetika Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilən növbəti ağacəkmə aksiyasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) əməkdaşları da iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Müşfiqabad qəsəbəsində təşkil edilmiş aksiyada yüzlərlə ağac əkilib.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli məsələləri daim diqqət mərkəzində saxlanılıb, atmosfer havasının çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadəyə xüsusi qayğı ilə yanaşılıb. Aksiyanın məqsədi də Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ekosistemin mühafizəsinə töhfə verməkdir.