AERA-nın əməkdaşları Vyanada keçirilən regional konfransda iştirak ediblər
  • Publikasiya tarixi2023-06-22 16:31:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) əməkdaşları Avstriyanın paytaxtı Vyana şəhərində “EU4Energy” proqramının II mərhələsi çərçivəsində "Avropa İttifaqının şərq qonşuluğunda regional enerji bazarının yaradılması" mövzusunda keçirilən regional konfransda iştirak ediblər.

Konfransda enerji qiymətlərinin artması, bərpa olunan enerjinin inteqrasiya hədəfləri fonunda regional bazar yanaşmalarının çağırış və imkanları, eləcə də elektrik enerjisi sisteminin inkişafı nəticəsində regional və ümumavropa xarakteri daşıyacaq problemlərin həlli üçün güclü transsərhəd əməkdaşlığı, həmçinin enerji mənbələrinin şaxələndirilməsi kimi məsələlər üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, sözügedən konfrans Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) təşkilatçılığı ilə həyata keçirilib.