Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
20 oktyabr-Energetiklər Günündə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov AERA-nın Texniki-normativ tənzimləmə şöbəsinin baş mütəxəssisi Səbinə Əhmədovaya, həmin şöbənin aparıcı mütəxəssisi Elmin Xəlilova və Sumqayıt filialının baş müfəttişi Şirzad Məmmədova “MDB-nin əməkdar energetiki” vəsiqə və medallarını təqdim edib.
Təqdimat zamanı İdarə Heyətinin sədri Samir Axundov Azərbaycanın energetika sektorunun inkişafı və bu sahədə həyata keçirilən tədbirlərin önəmindən danışıb. O, bildirib ki, Azərbaycan artıq Avropanın etibarlı enerji təminatçısına çevrilib. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə planlaşdırılan tədbirlər Azərbaycanın enerji təchizatındakı strateji rolu daha da gücləndirəcək, eyni zamanda energetika sektorunda tənzimləmə mühitinin təkmilləşdirilməsinə də dəstək olacaqdır.
Samir Axundov enerji sahəsində səmərəli fəaliyyətlərinə və töhfələrinə görə əməkdaşlara təşəkkürünü bildirərək onları peşə bayramı münasibətilə təbrik edib və işlərində uğurlar diləyib.
İdarə Heyətinin sədr müavinləri Rövşən İsmayılov və Ramin Babayev də təbriklərə qoşularaq energetiklərə fəaliyyətlərində yeni nailiyyətlər arzulayıblar.