Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Enerji tənzimləmə və monitorinq departamentinin baş mütəxəssisi Fərid Daşdəmirli və aparıcı mütəxəssisi Hüseynqulu İbrahimova “MDB-nin əməkdar energetiki” vəsiqə və medallarını təqdim edib.
Təqdimat zamanı Samir Axundov Azərbaycanın energetika sahəsində həyata keçirilən islahat və tədbirlərin önəmindən danışıb. O, bildirib ki, ölkədə həyata keçirilən enerji siyasəti bu sahədə inkişafı sürətləndirməklə yanaşı, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətini daha da artırmaqdadır. Eyni zamanda, Azərbaycanın çoxistiqamətli enerji ixrac potensialına sahib olması ölkənin qlobal miqyasda etibarlı enerji təminatçı rolunu gücləndirməkdədir.
Samir Axundov enerji sahəsində səmərəli fəaliyyətlərinə və töhfələrinə görə əməkdaşlara təşəkkürünü bildirərək onlara işlərində uğurlar diləyib.