Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Martın 5-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Videokonfrans vasitəsilə Agentliyin qadın əməkdaşlarını təbrik edən EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov Azərbaycan qadınının cəmiyyətdəki önəmli rolundan danışıb, cəmiyyətin bütün sahələrində uğurlu fəaliyyət göstərən və işgüzar həyata töhfələr verən qadınlarımızın əməyini yüksək qiymətləndirib.
Öz əməyi, bacarığı, davranışı və müdrikliyi ilə cəmiyyətin və ailənin mənəvi dayağı olan qadınların gözəl örnəklərini dilə gətirən Samir Axundov, Agentliyin qadın əməkdaşlarına can sağlığı, ailə səadəti, fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
EMTA-nın İdarə Heyətinin sədr müavinləri Rövşən İsmayılov və Ramin Babayev də təbriklərə qoşularaq, qadın əməkdaşları təbrik edib, onlara ən xoş arzularını bildiriblər.