Baş ofis
Azərbaycan Respublikası, AZ1000, Bakı şəhəri,
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanda bərpaolunan enerjiyə dair keçirilən konfrans çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) prezidenti Anneqret Qröbel ilə görüşüb.
Görüş zamanı İdarə Heyətinin sədri Samir Axundov Azərbaycanda enerji tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək sözügedən istiqamət üzrə təcrübə mübadilələrinin önəmini vurğulayıb.
Görüş əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi yönündə atılacaq addımların müzakirəsi ilə davam edib.