AERA-nın İdarə Heyətinin sədri Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul edib
  • Publikasiya tarixi2022-11-15 12:53:00
  • KateqoriyasıPress-relizlər

Bu gün Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu qəbul edib.

İdarə Heyətinin sədri Samir Axundov yeni təyin olunan səfirə fəaliyyətində uğurlar diləyərək enerji sahəsində birgə icra edilən tədbirlərin Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O, həmçinin Böyük Britaniyanın enerji tənzimləyici qurumu “OFGEM” ilə AERA arasında həyata keçirilən təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Görüş zamanı Azərbaycanın enerji potensialı və enerji tənzimləmə sahəsində həyata keçirilən islahatlar barədə də məlumat verilib. Eyni zamanda sözügedən sahə üzrə potensial əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.