AERA-nın İdarə Heyətinin sədri Caspian Hydrogen Development Group və Yaponiya şirkətlərinin nümayəndələrini qəbul edib
  • Publikasiya tarixi2023-08-03 15:08:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri cənab Samir Axundov Caspian Hydrogen Development Group LLC şirkətinin sədri cənab Teymur Abbasov, Yaponiyanın Toyota Tsusho Cooperation şirkətinin Yeni layihələrin inkişafı departamentinin meneceri cənab Fumihiko Sato və Eurus Energy şirkətinin menecer müavini cənab Tomataka Vatanabeni qəbul edib.

Tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verdikdən sonra Azərbaycanda bərpa olunan enerji mənbələri layihələri, yaşıl hidrogen istehsalı və tətbiqi sahələri və digər mövzular müzakirə olunub. 

Tədbirdə həmçinin AERA-nın müvafiq struktur bölmələrinin əməkdaşları da iştirak edib.