Baş ofis
Bakı şəhəri, Heydər Əliyev prospekti 152,
"Çinar Plaza" Biznes Mərkəzi, AZ1029
"Çinar Plaza" Biznes Mərkəzi, AZ1029
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Əbu-Dabi Enerji Şirkətinin (TAQA) ötürülmə və paylama üzrə icraçı direktoru Ömər Abdulla Əlhaşmini və şəbəkə inkişafı və investisiyalar üzrə direktoru Qabriele Manduzionu qəbul edib.
Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sıx əməkdaşlıq münasibətlərinin önəmi vurğulanaraq AERA və TAQA arasında qarşılıqlı əlaqələrin qurulması, Azərbaycanda enerji sahəsində ötürücü və paylayıcı şəbəkənin inkişafı, eləcə də bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası yönündə fikir mübadiləsi aparılıb.