Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov 5-6 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində Enerji Tənzimləyicilərinin Regional Birliyi (ERRA) və Aralıq Dənizi Ölkələrinin Enerji Tənzimləyicilərinin (MEDREG) təşkilatçılığı ilə keçirilən enerji böhranı ilə bağlı tənzimləmə sahəsində yaranan aktual məsələlərə dair məsləhətləşmələrdə iştirak edib. Məsləhətləşmələrdə enerji tənzimləyici tədbirləri, yanaşmaları və əlaqəli bazar müşahidələri müzakirə edilib.
İki gün davam edən tədbir çərçivəsində həmçinin “Tənzimləmə eksperimentləri”mövzusunda seminar da həyata keçirilib.
Qeyd edək ki, AERA 2018-ci ildən ERRA-nın assosiativ üzvü olmaqla yanaşı, bir sıra beynəlxalq qurumlarla da sıx əməkdaşlığını davam etdirir.