AERA-nın İdarə Heyətinin sədri Macarıstanın enerji tənzimləyici qurumunun beynəlxalq məsələlər üzrə vitse-prezidenti ilə görüşüb
  • Publikasiya tarixi2022-10-28 12:42:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanda bərpaolunan enerjiyə dair keçirilən konfrans çərçivəsində görüşlərini davam etdirir. Belə ki, İdarə Heyətinin sədri Samir Axundov Macarıstanın Enerji və Kommunal xidmətlər üzrə Tənzimləmə Qurumunun (MEKH) beynəlxalq məsələlər üzrə vitse-prezidenti Pal Şaqvari ilə görüşüb.

Görüşdə əməkdaşlıq əlaqələlərinin möhkəmlənməsi və birgə təcrübə mübadilələrinin davam etdirilməsi istiqamətində müzakirələr aparılıb.