Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov "WindEurope” Assosiasiyasının Baş icraçı direktoru Caylz Dikson və qurumun Sənaye məsələləri üzrə direktoru Filip Kolu qəbul edib.
Görüşdə Hitachi Energy Türkiye Elektrik Sanayi A.Ş.-nin Türkiyə, Azərbaycan və Gürcüstan üzrə satış və marketinq meneceri Ayşe Yurtoğlu və Jan De Nul Groupun Biznesin inkişafı üzrə meneceri Ştefan Muntoiu iştirak ediblər.
Qonaqları salamlayan Agentliyin İdarə Heyətinin sədri Samir Axundov AERA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qonaqlar, öz növbəsində, təmsil etdikləri qurumların fəaliyyətindən söz açıblar.
Görüş zamanı bərpaolunan enerji mənbələri sahəsində investisiya imkanları, qanunvericilik, tariflər, elektrik enerjisi alqı-satqı müqavilələri (Power Purchase Agreements), müvafiq sahədə rəqabətli bazarın yaradılması, balanslaşdırıcı bazarlar, enerji saxlanc sistemləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.