Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Hacızadə və mütəxəssisi Nural Əsgərov “EU4Energy” proqramının II mərhələsi – “Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) tərəfindən “Beynəlxalq əlaqələr və layihələrin idarə edilməsi” mövzusunda Brüsseldə keçirilən regional təlimdə iştirak ediblər.
Şərq Tərəfdaşlığı ölkələrinin enerji tənzimləyici qurumları və nazirliklərinin nümayəndələri üçün həyata keçirilən təlim beynəlxalq əlaqələrə cavabdeh şəxslərin bilik və bacarıqlarını artırmaq və iştirakçı ölkələr arasında regional əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb.