Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundovun rəhbərliyi ilə AERA-nın bir qrup əməkdaşı Azərbaycan Texniki Universitetində (AzTU) “Avrasiyada dinamik enerji landşaftı: Enerji təhlükəsizliyinə qlobal təhdidlər, regional problemlər və imkanlar” mövzusunda keçirilən III Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq Konfransında iştirak edib.
İki gün davam edən konfransın bölmə iclaslarında AERA-nın mütəxəssisləri “Türkiyə Respublikasının uğurlu təcrübəsi və Azərbaycanın elektrik enerjisi sektorunda həyata keçirilməsi tələb olunan addımlar” və “Enerji səmərəliliyi və bərpa olunan enerji texnologiyaları: Smart şəbəkələr və aktiv enerji istifadəçiləri” mövzularında təqdimatla çıxış ediblər.
Qeyd edək ki, 10 ölkədən 500-ə yaxın nümayəndənin iştirak etdiyi konfrans AzTU və Türkiyənin Boğaziçi Universitetinin təşkilatçılığı ilə həyata keçirilib.