AERA-nın yenilənmiş rəsmi internet səhifəsi istifadəyə verilib
  • Publikasiya tarixi2023-01-31 14:09:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) yenilənmiş rəsmi internet səhifəsi (www.regulator.gov.az) istifadəyə verilib. Sözügedən rəsmi veb-saytın yenilənməsində məqsəd istehlakçılar üçün informasiya əlçatanlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaq olub.

İstehlakçıların məlumatlandırılmasını daim diqqət mərkəzində saxlayan AERA istifadəçi rahatlığını təmin etmək üçün yenilənmiş veb-saytda daha müasir proqram təminatlarından istifadə edib, eyni zamanda dizayn və məzmun cəhətdən təkmilləşdirmə işləri həyata keçirib. Belə ki, veb-saytda “Fəaliyyət istiqamətləri”, “İstehlakçılar”, “E-kitabxana”, “Onlayn müraciət”, “Media” adlı yeni bölmələr yaradılıb, mövcud digər bölmələr isə təkmilləşdirilib. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən veb-saytda naviqasiya rahatlığını təmin etmək məqsədilə isə daha çox istifadə olunan məlumatlar orta paneldə də əks etdirilib.