Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
İyunun 17-21-də Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) nümayəndə heyəti Rumıniya tərəfinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub. Səfərin əsas məqsədi Rumıniyanın enerji tənzimlənməsi sahəsindəki təcrübələrinin öyrənilməsi və əldə edilmiş praktiki biliklərin Azərbaycanda tətbiqi mexanizmlərinin təhlilindən ibarətdir.
Beş günlük səfər zamanı EMTA nümayəndə heyəti Rumıniyanın müvafiq sahədə fəaliyyət göstərən müxtəlif qurumlarla görüşlər keçirib, yerli ekspertlərlə fikir mübadiləsi aparıb. Yerli enerji təminatçısı OPCOM operatoru, elektrik enerjisinin ötürülməsi və paylanması ilə məşğul olan “Transelectrica” şirkəti, Rumıniyanın enerji tənzimləyicisi ANRE (National Regulatory Authority for Energy) və digər qurumlarla ikitərəfli görüşlər də olub.
Həmçinin tanışlıq xarakteri daşıyan bu səfər zamanı Rumıniyanın elektrik enerjisinin topdansatış bazarı modeli, təşkilati strukturların çalışma mexanizmləri, bazar operatorlarının fəaliyyəti, beynəlxalq səviyyədə əməkdaşlıq platformları, texniki qaydalar, şəbəkənin inkişaf planları və digər məsələlərlə bağlı yerli təcrübə öyrənilib, rumıniyalı mütəxəssislər tərəfindən EMTA nümayəndələrinin onları maraqlandıran müxtəlif sualları ətraflı şəkildə cavablandırılıb.