Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Yanvarın 29-da Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri arasında onlayn görüş keçirilib. Görüş AYİB-ın həyata keçirdiyi “Azərbaycan Respublikasında yeni yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində baş tutub.
Görüşdə EMTA-in İdarə Heyətinin sədri Samir Axundov, AYİB-in London ofisində layihə üzrə baş məsləhətçisi Vesselina Haralampieva, enerji məsələləri üzrə baş iqtisadçısı Cuzeppe Qrimaldi və qurumun digər nümayəndələri, həmçinin DNV GL şirkətinin aparıcı məsləhətçisi və layihə rəhbəri Konstantin Petrov və digər məsləhətçilər iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Samir Axundov görüş iştirakçılarına layihənin ikinci mərhələsinin gedişatından danışıb və bu mərhələdə görülmüş işlərə toxunub. O, AYİB tərəfini “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinin aidiyyəti təşkilatlarla razılşadırılmasına dair aparılan işlər barədə məlumatlandırıb.
İdarə Heyətinin sədri layihə çərçivəsində görülən işlər barədə məlumat verib və bildirib ki, ötən müddət ərzində normativ hüquqi sənədlərin hazırlanması üzrə yaradılmış beş işçi qrup tərəfindən intensiv və məhsuldar işlər aparılıb.
Layihənin digər istiqamətinə gəldikdə isə, o qeyd edib ki, EMTA əməkdaşlarının bilik və bacarıqlarının artırılması, potensialının gücləndirilməsi istiqamətində 2 pilot mövzü seçilib, həmin mövzularda bir sıra görüş və müzakirələr təşkil edilib. Keçirilmiş görüşlərin nəticələrini yüksək qiymətləndirən Samir Axundov, növbəti mərhələdə AYİB tərəfi ilə birlikdə digər mövzuların seçilməsi istiqamətində müzakirələrin aparılacağını da diqqətə çatdırıb.