AERA və AYİB-nin nümayəndələri arasında növbəti görüş keçirilib
  • Publikasiya tarixi2023-03-16 14:37:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri arasında növbəti görüş keçirilib.

Görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, AYİB-nin strategiya və siyasət üzrə direktoru Artur Radzivil, eləcə də hər iki qurumun digər nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, işğaldan azad olunmuş ərazilərin yaşıl enerji potensialı, həmçinin enerji tarifləri və investisiya fəaliyyətinin genişləndirilməsinə dəstək olan investisiya təşviqi sənədi haqqında məlumat verilib.

Görüş sözügedən məsələlərin müzakirəsi ilə başa çatıb.