Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri arasında görüş keçirilib.
Görüşdə istehlakçı hüquqlarının qorunması və bu sahədə həyata keçirilən xidmətlərin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Eyni zamanda, AERA-nın həyata keçirdiyi qaz sayğaclarının dövlət yoxlanılması prosesinin monitorinqi üzrə məsələlər müzakirə olunub.
Qeyd edək ki, AZMİ və “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanan müqaviləyə əsasən, 2024-cü ilin yanvar ayının 1-dən etibarən “Sayğacların müayinəsi laboratoriyası”nın idarə edilməsi AzMİ tərəfindən həyata keçiriləcək.