AERA və Beynəlxalq Maliyyə Korporasiyası enerji sahəsinə özəl sektor investisiyalarının cəlb edilməsi məsələsini müzakirə edib
  • Publikasiya tarixi2022-11-02 12:58:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC ) Azərbaycan üzrə rəhbəri Aliyə Əzimovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İdarə Heyətinin sədri Samir Axundov IFC ilə enerji sahəsində həyata keçirilən əməkdaşlıq əlaqələrinin, xüsusilə bərpaolunan enerji sahəsində icra olunan layihələrin önəmini qeyd edərək Azərbaycanın enerji sektorunda əlverişli investisiya mühitinin mövcudluğu barədə görüş iştirakçılarına məlumat verib.

Nümayəndə heyətinin üzvü, IFC-nin Dövlət-özəl sektor tərəfdaşlığı üzrə eksperti Filip Drapak isə beynəlxalq maliyyə institutunun enerji sahəsinə özəl sektor investisiyalarının cəlb edilməsi, eləcə də qlobal miqyasda həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlıq layihələrinin tərtib olunması və həyata keçirilməsi tərcübəsindən danışıb.

Görüş sözügedən istiqamətdə fikir mübadiləsi şəraitində davam edib.