Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) enerji tənzimləmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici enerji tənzimləyici qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir. Belə ki, AERA-nın İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanda “Bərpaolunan enerji mənbələri üzrə investisiyalar” mövzusunda keçirilən konfrans çərçivəsində Enerji Tənzimləyicilərinin Regional Birliyinin (ERRA) Rəyasət Heyətinin üzvü, Avstriyanın enerji tənzimləyici qurumunun (E-Control) beynəlxalq əlaqələr üzrə direktoru Dietmar Preinstorfer ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumlarının fəaliyyəti ilə bağlı məlumatlar bölüşülüb və qarşılıqlı təcrübə mübadiləsi üçün birgə həyata keçiriləcək tədbirlər müzakirə edilib.