Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) enerji tənzimləmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici enerji tənzimləyici qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir. Belə ki, AERA ilə Çexiyanın Enerji Tənzimləmə Qurumunun (ERO) nümayəndələri arasında sözügedən istiqamətdə görüş keçirilib. Görüşdə AERA-nın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Hacızadə, ERO-nun Beynəlxalq münasibətlər şöbəsinin müdiri, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) vitse-prezidenti Yana Haasova, eləcə də hər iki qurumun digər nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycan və Çexiyanın enerji tənzimləyici qurumlarının fəaliyyəti ilə bağlı məlumatlar bölüşülüb, əməkdaşlıq əlaqələrinin qurulması və qarşılıqlı təcrübə mübadiləsi üçün birgə həyata keçiriləcək ilkin tədbirlər müzakirə edilib.