Agentliyin əməkdaşları ağacəkmə aksiyasında iştirak edib
  • Publikasiya tarixi2021-12-20 19:34:00
  • KateqoriyasıPress-relizlər

Dekabrın 18-də Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Binəqədi rayonunun Xocəsən qəsəbəsində keçirilən növbəti ağacəkmə aksiyasında iştirak ediblər.