Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
16-18 oktyabr tarixlərində “EU4Energy” proqramının II mərhələsi - “Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) ekspertlərinin iştirakı ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) mütəxəssisləri üçün seminar təşkil edilib.
Seminarın əsas məqsədi təcrübə mübadiləsi ilə enerji sektorunda qanunvericilik və tənzimləyici bazalarının inkişafına töhfə vermək olub.
Üç gün müddətində davam edən seminarda CEER ekspertləri enerji şəbəkəsinin inkişafının təşviqi, eləcə də səmərəli investisiya planlaşdırması ilə bağlı beynəlxalq təcrübəni AERA-nın mütəxəssisləri ilə bölüşüb və sözügedən mövzular ətrafında iştirakçılarla birgə fikir mübadiləsi aparıblar.