Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycan-Türkiyə II Enerji Forumu çərçivəsində Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) nümayəndələrindən ibarət “Tənzimləmə” İşçi Qrupunun görüşü keçirilib. Görüş zamanı İşçi Qrupunun həmsədri, AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov Azərbaycan-Türkiyə I Enerji Forumunun protokolunda nəzərdə tutulmuş tədbirlərin icrası və qazanılmış faydalarla bağlı geniş məlumat verib. Daha sonra EPDK nümayəndələri enerji saxlanc sistemlərinin tətbiqinin araşdırılmasına, ötürücü sistem operatorlarının öhdəliklərinə, şəbəkə məcəlləsinə, eləcə də topdansatış bazarlarına nəzarət və monitorinqə dair Türkiyə təcrübəsini görüş iştirakçıları ilə bölüşüblər.
Görüş zamanı gələcək əməkdaşlıq imkanları da müzakirə edilib.