Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycan-Türkiyə III Enerji Forumu çərçivəsində Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) nümayəndələrindən ibarət “Tənzimləmə” İşçi Qrupunun görüşü keçirilib.
Görüşdə Azərbaycan-Türkiyə II Enerji Forumunun protokoluna əsasən hazırlanmış 2022-2023-cü illər üzrə Forumlararası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası barədə məlumat verilib və əldə olunan faydalar bölüşülüb. Bununla yanaşı, görüşdə iştirak edən “ACWA Power” şirkətinin nümayəndəsi tərəfindən karbonsuzlaşdırma siyasəti və “xalis sıfır” keçidi üzrə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Görüş elektrik mühərrikli avtomobillər üçün enerji doldurma xidmətinin tənzimlənməsi, Azərbaycan və Türkiyədə bu sahədə mövcud vəziyyət, imkanlar və məhdudiyyətlər ilə bağlı məsələlərin müzakirəsi ilə davam etdirilib.
Yekun olaraq gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilərək razılaşdırılıb.