Azərbaycan və Moldovanın enerji tənzimləyici qurumlarının mütəxəssisləri arasında görüş keçirilib
  • Publikasiya tarixi2026-09-04 12:04:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Moldovanın Milli Enerji Tənzimləmə Qurumunun (ANRE) mütəxəssisləri arasında onlayn formatda görüş keçirilib.

Görüş zamanı EMTA-nın Enerji tənzimləmə və monitorinq departamentinin Enerji monitorinqi sektorunun baş mütəxəssisi Ozal Feyzili təqdimatla çıxış edərək EMTA tərəfindən gücü 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktının, eləcə də  sənaye qaz qurğusunun istismarına icazənin verilməsi üzrə göstərilən xidmətlər və elektroenergetika sektorunda həyata keçirilən nəzarət tədbirləri ilə bağlı ətraflı məlumat verib.

Daha sonra ANRE mütəxəssisləri elektroenergetika sektorunda tətbiq olunan nəzarət mexanizmlərinə və  mövcud qanunvericiliyə dair Moldova təcrübəsini iştirakçılarla bölüşüblər.

Görüşün sonunda qeyd olunan mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.