Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycan-Türkiyə III Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2024-cü il üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) mütəxəssisləri arasında növbəti görüş keçirilib.
Görüş zamanı EPDK-nın enerji üzrə müxtəxəssisi Ahmet Gök “Sərbəst istehlakçılar və enerji təchizatçısının seçilməsi mexanizmi” mövzusunda təqdimatla çıxış edərək Türkiyənin elektrik enerjisi bazarının quruluşu və sərbəst istehlakçılar barədə məlumat verib. O, həmçinin sərbəst istehlakçılar tərəfindən elektrik enerji təchizatçısının seçilməsi prosesi və bu sahədə mövcud qanunvericilik bazası ilə bağlı Türkiyə təcrübəsini iştirakçılarla bölüşüb.
Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.