Azərbaycanın enerji tənzimləmə qurumu enerji tənzimləyicilərinin illik konfransında təmsil olunub
  • Publikasiya tarixi2023-10-10 17:16:00
  • KateqoriyasıPress-relizlər

9-10 oktyabr tarixlərində Budapeşt şəhərində Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının (ERRA) 20-ci illik konfransı keçirilib. Konfransda Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov, həmçinin 30-dan çox ölkənin enerji tənzimləyici qurumlarının nümayəndələri və enerji mütəxəssisləri iştirak ediblər.

İki gün davam edən tədbirdə dünyanın enerji bazarlarında baş verən dəyişiklik və yeniliklər, eləcə də yeni bazar paradiqmaları üzrə davamlı tənzimləmə yolları, enerji sektoru üçün mümkün yol xəritələri, həmçinin enerji keçidi dinamikası təhlil və müzakirə edilib.