Azərbaycanın enerji tənzimləyici qurumu və Asiya İnkişaf Bankı arasında görüş keçirilib
  • Publikasiya tarixi2023-05-31 17:16:00
  • KateqoriyasıPress-relizlər

Azərbaycanın enerji tənzimləyici qurumu Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Asiya İnkişaf Bankı (AİB) arasında görüş keçirilib. Görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, AİB-nin baş enerji mütəxəssisi Adnan Tarin, eləcə də hər iki qurumun digər nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycanda enerji tənzimləmə sahəsində həyata keçirilən islahatların, qəbul edilmiş hüquqi-normativ aktların əhəmiyyətini vurğulayan Samir Axundov AERA-nın əsas fəaliyyət istiqamətlərinə yönəlik icra olunan tədbirlər haqqında iştirakçılara geniş məlumat verib.

Görüş sözügedən məsələlərin, eyni zamanda AİB ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarının müzakirəsi ilə başa çatıb.