Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Oktyabrın 28-də Enerji Tənzimləyiciləri Regional Assosiasiyasına (ERRA) üzv ölkələrin sədrləri, prezidentləri və komissarlarının növbəti onlayn görüşü keçirilib. Görüşdə Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov da iştirak edib.
İclası giriş sözü ilə açan ERRA-nın sədri, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyasının (GNERC) üzvü Maya Melikidze iştirakçıları salamlayıb.
Daha sonra ERRA-nın tənzimləmə üzrə mütəxəssisi Ardian Berisha “Valyuta məzənnəsi riski və tarif tənzimlənməsi” mövzusuna giriş edib. GNERC-in Tarif və İqtisadi Analiz Departamentindən Qoçia Çitidze, Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumunun (EPDK) enerji üzrə eksperti Abdul Cebbar Karaoğlu, Şərqi Afrika Enerji Tənzimləyiciləri Birliyinin İcra Katibi (EREA) Cefri Mabea mövcud praktikadan nümunələr gətirərək mövzuya dair məruzələr ilə çıxış ediblər, müzakirələr aparıblar.
“Məhkəmə qərarları və tənzimləmə sahəsi: Tənzimlənən qurumlarla məhkəmə mübahisələri, Mübahisələrin növləri (tarif, bazar qaydaları və s.)” mövzusunda ERRA Rəyasət Heyətinin üzvü, Latviyanın Kommunal Xidmətlər Komissiyasının (PUC) sədri Rolands İrklis, Moldova tənzimləyicisinin (ANRE) Hüquq şöbəsindən Daniela Dan mövcud praktikadan nümunələrə dair çıxış ediblər və mövzunu müzakirə ediblər.
Ərazilərin soyutma tənzimlənməsi mövzusunda Səudiyyə Ərəbistanı Elektrik və Kogenerasiya Tənzimləmə Təşkilatı (ECRA) mühəndisi Səud AL-Dalbahi Meshari çıxış edib.
Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Dubay Elektrik və Su İşləri üzrə Tənzimləmə və Nəzarət bürosunun İcraçı direktoru Graeme Lindsay Sims və Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Enerji departamentinin (DoE) Su, Qiymətləndirmə və Tariflər üzrə direktoru Xədicə Həsən Bin Braik tərəfindən mövcud praktikadan nümunələr təqdim edilib, iştirakçılarla müzakirə edilib.
Macarıstanın Enerji və Kommunal xidmətlər üzrə Tənzimləmə Qurumunun Ümumi məsələlər üzrə vitse-prezidenti Tamas Toth “ERRA üzvlərinin hidrogenlə bağlı dekarbonlaşma siyasəti və tənzimləmə təcrübəsi” mövzusuna giriş etdikdən sonra, Fransa Enerji Tənzimləmə Komissiyasının (CRE) komissarı İvan Faucheux təqdimatla çıxış edib. Daha sonra Avstriyanın E-Control qurumunun Beynəlxalq əlaqələr üzrə direktoru ERRA Rəyasət Heyətinin üzvü Dietmar Preinstorferun rəhbərliyi ilə iştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
İclasın sonunda Şimali Makedoniyanın Enerji Tənzimləmə Komissiyasının (ERC) və ERRA Rəyasət Heyətinin üzvü Andrijana Nelkova-Çuçuk ERRA-nın Daxili Komitə işi və gələcək ERRA proqramları haqqında iştirakçılara məlumat verib.
Qeyd edək ki, Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2018-ci ilin aprelindən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.