Baş ofis
Azərbaycan Respublikası, AZ1000, Bakı şəhəri,
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Yanvarın 25-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) əməkdaşları ilə Ukraynanın Milli Enerji və Kommunal Tənzimləmə Komissiyasının (NEURC) nümayəndələri arasında onlayn görüş olub.
Enerji tənzimləmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə keçirilən görüşdə NEURC nümayəndələri elektrik enerjisi bazarının strukturu, modeli, iştirakçıları, eləcə də sözügedən sahə üzrə tariflər və həyata keçirilən islahatlarla bağlı öz təcrübələrini EMTA-nın mütəxəssisləri ilə bölüşüblər.
Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.