Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
13-15 may 2019-cu il tarixləri arasında Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) və Kommunal Xidmətlərin Tənzimlənməsi üzrə Milli Assosiasiyanın (NARUC) təşkilatçılığı ilə Budapeştdə Qara dəniz hövzəsi ölkələrinin tənzimləyici orqanlarının təşəbbüs qrupunun (Black Sea Regulatory Initiative) növbəti texniki seminarı keçirilib. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sponsorluğu ilə təşkil edilmiş üçgünlük seminarda NARUC ekspertləri, ABŞ və Avropa ölkələrinin tənzimləyici qurumlarının, habelə Qara dəniz hövzəsi ölkələrinin tənzimləyici orqanlarının nümayəndələri iştirak ediblər.
Macarıstan paytaxtında “Əlavə xidmətlər və balanslaşdırma” mövzusunda keçirilən seminarda Qara dəniz hövzəsi ölkələrindən olan iştirakçılar üçün təşkil edilmiş dəyirmi masada qiymətlərin müəyyənləşdirilməsi baxımından vacib olan texniki və detallı məlumatın toplanması sahəsində göstərilən səylərin, həmçinin əlavə xidmətlər və balanslaşdırma üçün xərclərə əsaslanmış qiymətləndirməni müzakirə ediblər. Qeyd edək ki, bu mexanizm bölgədə transmilli xarakter daşıyan addımların atılması və bazarların balanslaşdırılması təşəbbüsünü ehtiva edir.
Ekspertlər qrup tapşırıqlarında iştirak edib, dəyirmi masalardakı təqdimatlara qatılıblar. Nümayəndələr işlənib-hazırlanmış subregional təşəbbüslər haqqında məlumat verib, uğur hekayələrini iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirdə Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının assosiativ üzvü olan Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi nümayəndəsi də iştirak edib.