“Elektrik enerjisi bazarının liberallaşdırılması üçün keçid mexanizmlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində növbəti seminar keçirilib
  • Publikasiya tarixi2023-02-10 15:17:00
  • KateqoriyasıPress-relizlər

Energetika Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi “Elektrik enerjisi bazarının liberallaşdırılması üçün keçid mexanizmlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində növbəti seminar keçirilib. İki gün davam edən seminarda Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.

Tədbirdə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov təqdimatla çıxış edərək “Elektrik enerjisi bazarının monitorinqi qaydaları”nın layihəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və sözügedən qaydaların enerji bazarı üçün əhəmiyyətindən danışıb.

Tədbir elektrik enerjisi bazarında “Vahid alıcı modeli”nin rolu və bu modelə keçid məqsədilə atılmalı addımlar,  eləcə də bərpa olunan enerji mənbələrinin inteqrasiyası yönündə müzakirələrlə davam edib.