“Elektrik enerjisi bazarının liberallaşdırılması üçün keçid mexanizmlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində seminar keçirilib
  • Publikasiya tarixi2022-11-05 14:46:00
  • KateqoriyasıPress-relizlər

Energetika Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Elektrik enerjisi bazarının liberallaşdırılması üçün keçid mexanizmlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində seminar keçirilib. Seminarda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov, Dünya Bankının ekspertləri, sözügedən qurumların, həmçinin “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin  əməkdaşları iştirak ediblər.

Tədbir zamanı AERA-nın nümayəndəsi tərəfindən Azərbaycanda elektrik enerjisi bazarının liberallaşdırılmasına hazırlığın vəziyyəti və bu istiqamətdə həyata keçirilən islahatlar barəsində seminar iştirakçılarına geniş məlumat verilib. Eyni zamanda, elektrik enerjisi üzrə tələblərin formalaşması, tarif tənzimlənməsi, vahid alıcı bazar modelinə keçid və bu modelin dizaynında nəzərə alınmalı olan əsas tələblər istiqamətində də müzakirələr aparılıb.

İnteraktiv sual-cavab şəraitində davam edən seminarda elektrik enerjisi bazarının liberallaşdırılması yönündə Türkiyə və İngiltərə təcrübəsi də iştirakçılarla bölüşülüb.