Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Azərbaycan Respublikası Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA), “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB, “Azəristiliktəchizat” ASC, habelə KPMG şirkətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 16 iyul 2018-ci il tarixli 204 nömrəli Fərmanından irəli gələn məsələlərin həll edilməsi istiqamətində görüş keçirilib.
Fərmanın icrası ilə bağlı müvafiq qaydaların hazırlanması üçün KPMG məsləhətçi şirkəti tərəfindən layihələrin yerinə yetirilməsinə dair iş planı tərtib edilib.
Görüş zamanı KPMG şirkəti təmsilçilərinin məruzəsi dinlənilib, təklif və tövsiyələr irəli sürülüb. Elektrik qurğularının quraşdırılması qaydası, elektrik və istilik qurğularının texniki istismar qaydası, həmçinin, elektrik və istilik qurğularının istismarında texniki təhlükəsizlik qaydası layihələri ətrafında geniş fikir mübadiləsi aparılıb, mümkün risklər dəyərləndirilib. Müvafiq qurumların nümayəndələri elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasına münasibət bildirib, yanacaq ehtiyatlarının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və qeydiyyatının həyata keçirilməsi qaydası layihəsi ilə bağlı öz mülahizələrini səsləndiriblər. Müvafiq sahədə Rusiya, Belarus və Qazaxıstan təcrübəsindən nümunələr gətirilmiş, fikir mübadiləsi aparılıb.