Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Malayziyanın Selanqor ştatında elektrik stansiyalarının simulyatorunun yaradılması mövzusunda beynəlxalq kurslar keçirilib. Bandar Baru Bangi şəhərində təşkil edilmiş ümumi kurs proqramında dünyanın bir çox ölkələrindən gəlmiş ekspertlər Malayziyanın müvafiq sahədəki zəngin təcrübəsini öyrənirlər. Qeyd edək ki, proqramda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvü olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) rəsmi nümayəndəsi də iştirak edib.
İştirakçılar peşəkar təlimçilər tərəfindən müxtəlif istiqamətlər üzrə təşkil edilmiş fərqli panellərdə iştirak edib, mühazirələr dinləyib, təqdimatlarla tanış olur, qrup müzakirələrinə və praktiki məşğələlərə qatılıb, Malayziyanın elektrik stansiya simulyatorlarına texniki səfərlərə dəvət olunublar. Kursların əsas məqsədi iştirakçıların müvafiq sahədə baza bilikləri əldə etmələrindən ibarətdir.