Baş ofis
Azərbaycan Respublikası, AZ1000, Bakı şəhəri,
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Noyabrın 28-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə həyata keçirilən “İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpaolunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi” adlı Texniki Yardım layihəsinin icrasına cəlb olunmuş məsləhətləşmə missiyasının nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı qeyd olunan layihənin perspektivləri, texniki tapşırıqlara dair hədəflər, məqsədlər və gözlənilən nəticələr üzrə məsləhətləşmələr aparılıb.
Tərəflər, həmçinin layihə çərçivəsində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər.