EMTA-da Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
  • Publikasiya tarixi2024-07-26 16:55:00
  • KateqoriyasıPress-relizlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyətinin bir qrup üzvü ilə görüş keçirilib. 

Görüşdə EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov, AİB-in baş enerji mütəxəssisi Nana Qurgenidze və istilik məsələləri üzrə mütəxəssisi Sakari Oksanen, eləcə də AİB-in Bakı ofisinin və Agentliyin əməkdaşları iştirak ediblər.

Görüş zamanı bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), istilik təchizatı sektorunda səmərəliliyin artırılması və dekarbonizasiya, bərpa olunan enerji mənbələrinin təşviqi, eləcə də, AİB-in dəstəyi ilə istilik təchizatı sektorunda pilot layihələrin həyata keçirilməsi və elektroenergetika sektorunda tariflərin tənzimlənməsi istiqamətində müzakirə aparılıb.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.